bakı, 21 aprel, arhd.media
daxili işlər nazirliyinin baş narkotiklərlə mübarizə idarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə fasiləsiz xarakter alıb.
idarənin mətbuat xidmətindən arhd.media-a verilən məlumata görə, ucar rayonunda keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş 33 yaşlı orxan xəlilov tutulub. onun sərnişin kimi əyləşdiyi avtomobildən 9 kiloqramdan artıq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
o.xəlilov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan iran vətəndaşı vasitəsilə götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.
faktla bağlı cinayət işi başlanılıb. saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.























