bakı, 18 aprel, arhd.media
əmək və əhalinin sosial müdafiəsi nazirliyi yanında ictimai şuranın 9 nəfərdən ibarət yeni tərkibinin müəyyən olunması üçün seçki keçirilib.
nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən arhd.media-a verilən məlumata görə, seçkinin təşkili məqsədilə nazirlikdə 9 nəfərdən (nazirlik əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutlarından 5 üzv) ibarət komissiya yaradılıb və seçkilərin keçirilməsi ilə bağlı elan verilib.
ictimai şuraya üzv olmaq üçün vətəndaş cəmiyyəti institutlarından 12 nəfərin namizədliyi təsdiq edilib.
səsvermədə iştirak üçün qeydiyyata alınmış 89 nəfər qht və media nümayəndəsinin iştirakı ilə obyektiv, şəffaf şəkildə keçirilən seçki nəticəsində 9 nəfər nazirlik yanında ictimai şuranın üzvləri seçiliblər.
“ictimai iştirakçılıq haqqında” qanuna uyğun olaraq əmək və əhalinin sosial müdafiəsi nazirliyi yanında fəaliyyət göstərən ictimai şura nazirliyin fəaliyyətində ictimai iştirakçılığı, aidiyyəti fəaliyyət sahələri üzrə qanunvericiliyin təkmilləşdirilməsində, hüquqi aktların qəbulu prosesində vətəndaş cəmiyyəti institutlarının iştirakını, ictimai nəzarəti təmin edir.
həmin qanuna əsasən şuranın səlahiyyət müddəti iki ildir və hər iki ildən bir vətəndaş cəmiyyəti institutları tərəfindən şuranın yeni tərkibi seçilir.
























