bakı, 31 mart, arhd.media
azərbaycan respublikası dövlət sərhəd xidməti (dsx) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
dsx-nin mətbuat mərkəzindən arhd.media-a bildirilib ki, martın 29-da dövlət sərhəd xidmətinin sərhəd qoşunları komandanlığının “göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində iran islam respublikasından pilotsuz uçuş aparatı vasitəsilə narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
qoşun-əməliyyat tədbirləri nəticəsində kiçik həcmli uçuş vasitəsi zərərsizləşdirilib, 460 qram narkotik vasitə marixuana ərazidən götürülüb.
faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

























