Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq.


“ARHD.MEDiA” Oxu.Az-a istinadən xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək.


Həmçinin internetə çıxışın hansı üsulla təmin olunduğu da göstəriləcək. Provayderlərdən çəkilmiş telefon, kabel televiziyası və ya optik kabel vasitəsilə internetə qoşulan evlərdə “sabit çıxış”, mobil telefon, data kart və USB modem vasitəsilə qoşulan evlərdə isə “simsiz çıxış” qeydi aparılacaqlar.


Qeyd edilənlər 2027-ci il yanvarın 1-dən tətbiq olunacaq.

Baxış sayı: 2 541

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə