Cəlilabadda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb.


“ARHD.MEDiA” xəbər verir ki, bir neçə saatdır davam edən yanğın təsərrüfatın mərkəzi ərazisinə də keçib.


Hazırda hadisə yerinə Cəlilabad Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının lokallaşdırılması istiqamətində tədbirlər görülür.


Qeyd edək ki, Kiçik Zəvvar ovçuluq təsərrüfatı Mahmudçala ovçuluq təsərrüfatının yaxınlığında yerləşir. Ərazinin böyük hissəsinin payız-qış mövsümündə su altında qalması yanğınsöndürənlərin yanğına müdaxiləsini xeyli çətinləşdirir.


Qeyd edək ki, təsərrüfat ərazisində bir neçə ay bundan öncə də yanğın olub.

Baxış sayı: 4 220

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə