"Birliyin Gücü - 2026" birgə hərbi təlimində 3500 nəfərdən çox şəxsi heyət iştirak edir".


“ARHD.MEDiA”  xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Anar Eyvazov "Birliyin Gücü - 2026" birgə hərbi təlimi ilə bağlı keçirilən brifinqdə deyib.


Onun sözlərinə görə, ilk dəfə Azərbaycanda azad olunmuş ərazilərdə birgə genişmiqyaslı təlim keçirilir:


"Təlimdə Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçuları iştirakçı qismində çıxış edir. Eyni zamanda, 9 ölkə müşahidəçi qismindədir".


"Təlimdə 3500-dən artıq şəxsi heyət, 130-dan artıq pilotsuz vasitə, 70-dən artıq zirehli texnika, 90-dan artıq artilleriya sistemi, 20-dən artıq aviasiya vasitəsi, 30-dan artıq REM/REK/RL sistemi, 10-dan çox HHM vasitəsi, 8 dəst mühəndis texnikası, 20-dən çox vahid dəniz vasitələri iştirak edir", - A.Eyvazov vurğulayıb.

Baxış sayı: 3 221

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə