Ötən gün Qərbi Abşeron yatağı, 50 saylı platformada işçi bədbəxt hadisə nəticəsində ölüb.


“ARHD.MEDiA” xəbər verir ki, bu haqda “Neftçilərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı məlumat yayıb.


Onun sözlərinə görə, SOCAR AQŞ-nin işçisi, çilingər peşəsində çalışan Nizami Abbasov qaldırıcı qurğunun üzərinə aşması zamanı həyatını itirib.


SOCAR AQŞ-dən APA- nın sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Baxış sayı: 3 862

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə