Rusiyanın Dağıstan Respublikasında Azərbaycanla sərhəddə yerləşən "Tahirkənd-Qazmalar" buraxılış məntəqəsinin yenidən qurulması layihəsi təsdiqlənib.


“ARHD.MEDiA” RBC-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.


Yenidənqurmadan sonra məntəqənin buraxılış qabiliyyəti dörd dəfə artırılaraq sutkada 600-dən 2.3 min nəqliyyat vasitəsinə çatdırılacaq. Hərəkət zolaqlarının sayı isə 8-dən 20-yə yüksəldiləcək.


Qeyd olunur ki, ərazidə 99 yeni bina və qurğu tikiləcək, həmçinin müasir avadanlıqlar quraşdırılacaq. Bu, yük avtomobillərinə baxış müddətinin 10 dəqiqəyədək azaldılmasına imkan verəcək.


Bu buraxılış məntəqəsindən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi keçir. Burada yük daşımaları 29 aprel 2022-ci ildən həyata keçirilir və hazırda məntəqədən gündəlik orta hesabla 230 yük avtomobili keçir.


Məntəqənin yenidən qurulmasına 2022-ci ildə başlanılıb.


"Tahirкənd-Qazmalar" keçid məntəqəsinin yenidən qurulmasının 2028-ci ilin dördüncü rübündə başa çatdırılması planlaşdırılır.

Baxış sayı: 2 995

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə