Bir neçə gün əvvəl Qara dənizdə Türkiyəyə məxsus “Ro-Ro” tipli “Nadezhda” gəmisi PUA hücumuna məruz qalıb.


“ARHD.MEDiA” xəbər verir ki, Oxu.az həmin hücumun anbaan görüntülərini əldə edib.


Videoda PUA-nın gəmiyə çırpılma anı və göyərtədəki azərbaycanlılardan bir neçəsinin xəsarət alması əks olunub.


Məlumata görə, gəmidə 22 ekipaj üzvü olub. Onlardan 13-ü Türkiyə vətəndaşıdır. İlkin məlumata əsasən, gəminin yaşayış və burun hissələri zədələnib.


Ekipaj üzvləri Rusiya Hərbi Dəniz Qüvvələri tərəfindən təhlükəsiz şəkildə Novorossiysk limanına təxliyə olunublar.


Sözügedən görüntüləri təqdim edirik: 

Baxış sayı: 3 826

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə