Odessa yaxınlığında vurulan gəminin kapitanı Səməd Nəsrullayevin cənazəsi Lənkəranda torpağa tapşırılıb.


“ARHD.MEDiA” APA-ya istinadən xəbər verir ki, Odessa yaxınlığında vurulan gəminin kapitanı Səməd Nəsrullayevin cənazəsi doğulduğu Lənkəran rayonunun Balıqçılar qəsəbəsinə gətirilib və ailəsinə təhvil verilib.


Ailəsi ilə vida mərasimindən sonra kapitanın cənazəsi qəsəbə qəbiristanlığına aparılaraq torpağa tapşırılıb.


Qeyd edək ki, iyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında Türkiyənin “Okean Maritime” şirkətinə məxsus “Atlas Bey” adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb. Gəminin ekipaj üzvlərindən 11-i Azərbaycan vətəndaşı olub.

 

Baxış sayı: 3 371

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə