Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında "Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında" Sazişə uyğun olaraq yaradılan Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının 29-cu iclası iyulun 9-da Azərbaycan Respublikasının Qusar rayonunda keçirilib.


“ARHD.MEDiA” AZƏRTAC-a istinadla xəbər verir ki, iclas Azərbaycan-Rusiya Birgə Komissiyasının Azərbaycan tərəfdən həmsədri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyevin və Rusiya tərəfdən həmsədri, Rusiya Federasiyasının Su Ehtiyatları Federal Agentliyi rəhbərinin müavini Vadim Nikonorovun həmsədrliyi ilə reallaşıb.


Görüşdə Regional Su Meliorasiya Xidmətinin, ADSEA-nın aidiyyəti qurumlarının, Xarici İşlər Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, həmçinin Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər.


İclas zamanı Samur transsərhəd çayının su ehtiyatlarının iki ölkə arasında bölüşdürülməsi, su ehtiyatlarının monitorinqi, Samur Hidroqovşağının birgə istismarı, eləcə də qarşılıqlı əməkdaşlığın digər aktual istiqamətləri müzakirə olunub. Görüşün yekununda görüləcək tədbirlər müəyyənləşdirilib və yekun protokol imzalanıb.

 

Baxış sayı: 3 460

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə