ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinə Ukrayna müharibəsinin başa çatdırılması istiqamətində yardım etməyə hazır olduğunu bildirib.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə Kremlin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov məlumat verib.


Onun sözlərinə görə, Tramp və Putin arasında baş tutan və təxminən 90 dəqiqə davam edən telefon danışığında əsas müzakirə mövzusu Ukraynadakı müharibə və iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammiti olub:


“ABŞ Prezidenti bir daha hərbi əməliyyatların tezliklə dayandırılması və böhranın aradan qaldırılması üçün həll yollarının tapılması istiqamətində işləməyə hazır olduğunu təsdiqlədi”.


Kreml rəsmisinin sözlərinə görə, Putin də Rusiyanın münaqişənin siyasi və diplomatik yolla həllinə tərəfdar olduğunu, lakin bunun Moskvanın əsas prinsipləri nəzərə alınmaqla mümkün olacağını vurğulayıb.

Baxış sayı: 4 094

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə