Tehranda səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan İran Prezidenti Məsud Pezeşkianla görüşüb.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə məlumatı Ermənistan Nazirlər Kabinetinin Mətbuat xidməti yayıb. 


Tərəflər görüş zamanı regional vəziyyəti müzakirə edib və sülhün bərqərar olması və sabitlik istiqamətində atılan addımların əhəmiyyətini vurğulayıblar.


Bununla yanaşı, Pezeşkian Paşinyanı iyunda keçirilən parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik edib. 


Xatırladaq ki, N.Paşinyan İranın mərhum Ali Lideri Seyid Əli Xamenei ilə vida mərasimində iştirak etmək üçün bu gün Tehrana səfər edib.

 

Baxış sayı: 3 880

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə