naxçıvan, 15 fevral, arhd.media
qərbi azərbaycan icmasının naxçıvan muxtar respublikası üzrə nümayəndəliyi görüş keçirib
qərbi azərbaycan icmasının naxçıvan muxtar respublikası üzrə nümayəndəliyinin rəhbəri, naxçıvan dövlət universitetinin (ndu) rektoru elbrus isayev naxçıvanda məskunlaşmış qərbi azərbaycanlıların bir qrup nümayəndəsi ilə görüşüb
ndu-nun media və ictimaiyyətlə əlaqələr şöbəsindən arhd.media-ın bölgə müxbirinə bildirilib ki, görüşdə elbrus isayev qərbi azərbaycan məsələsinin dövlətimiz üçün prioritet olduğunu vurğulayıb. qeyd edilib ki, müzəffər ali baş komandan ilham əliyevin rəhbərliyi ilə torpaqlarımız erməni işğalından azad edilib və qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıdacağına böyük ümid yaranıb.
elbrus isayev bildirib ki, muxtar respublikanın ordubad, sədərək və kəngərli rayonlarında, həmçinin naxçıvan şəhəri üzrə nümayəndələr seçilib və qərbi azərbaycana qayıdış konsepsiyasının beynəlxalq aləmdə təbliğ edilməsi və naxçıvanda məskunlaşmış qərbi azərbaycanlıların problemlərinin dünya ictimaiyyətinə çatdırılması üçün layihə hazırlanıb.
görüşdə muxtar respublikada qərbi azərbaycan əsilli soydaşlarımızla muxtar respublika nümayəndəliyinin işinin gücləndirilməsi, onların xatirələri əsasında memuarların yazılması, folklorunun öyrənilməsi, televiziyada və mətbuatda yazıların və çıxışların hazırlanmasının vacibliyi qeyd edilib. rektor qeyd edib ki, qərbi azərbaycan həqiqətlərini müntəzəm təbliğ etmək məqsədilə universitet televiziyasında qərbi azərbaycan studiyası və universitetdə qərbi azərbaycan mərkəzi yaradılacaq. qərbi azərbaycan icması və qərbi azərbaycan televiziyası ilə əlaqələrinin gücləndirilməsi də diqqət mərkəzindədir.
qurumun naxçıvan şəhəri üzrə nümayəndəsi ədalət hüseynov, ordubad rayonu üzrə nümayəndəsi, aytən cəfərova, sədərək rayonu üzrə nümayəndəsi heydər süleymanov, kəngərli rayonu üzrə nümayəndəsi ələsgər haqverdiyev və nümayəndəliyin koordinatoru süsənbər ağamalıyeva görüşdə iştirak ediblər və mövzu ilə bağlı fikir mübadiləsi aparıblar.
























