Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinə yeni rəis təyin edilib.


“ARHD.MEDiA” “Qaynarinfo”ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun Əmri ilə daxili xidmət polkovnik-leytenantı Hikmət Əliyev sözügedən vəzifəyə təyin olunub.


Qeyd edək ki, Hikmət Əliyev bundan əvvəl DYNX-nın Şimal Regional Dövlət Yanğın Nəzarəti idarəsinin rəisi vəzifəsində çalışıb.


FHN-dən bildirilib ki, bununla bağlı əmr bir müddət əvvəl imzalanıb.

Baxış sayı: 3 738

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə