“NATO-nun Ankarada keçiriləcək sammitinə yalnız Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana olan hörmətimə görə qatılacağam”.


“ARHD.MEDiA” “Anadolu”ya istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.


ABŞ liderinin sözlərinə görə, o, Ərdoğanla söhbət edib və bu söhbət zamanı Türkiyə Prezidenti onu şəxsən NATO sammitinə dəvət edib.


“Son 2 ayda baş verən hadisələrdən sonra bir çoxlarına görə getməzdim, lakin o (Ərdoğan - red.) məni dəvət etdi... Mən prezidentə olan hörmətimə görə gedəcəyəm”, - Tramp deyib.


Türkiyəyə F-35 qırıcılarının və F-110 mühərriklərinin mümkün tədarükü barədə sualı cavablandırarkən o, qarşıdakı səfəri zamanı Ankaranı sevindirə biləcəyini söyləyib.


“Düşünürəm ki, bəli. O, NATO-nun güclü üzvüdür. O, çox güclü orduya malikdir. Bəli, mən, yəqin ki, onu çox sevindirəcək bir şey edəcəyəm”, - dövlət başçısı deyib.


Onun sözlərinə görə, bir çoxları Türkiyənin hərbi baxımdan nə qədər güclü olduğunu anlamırlar.


Xatırladaq ki, NATO-nun növbəti sammiti iyulun 7-8-də Türkiyənin paytaxtı Ankarada keçiriləcək.

Baxış sayı: 3 722

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə