
bu gün baş prokuroru kamran əliyev islam əməkdaşlıq təşkilatının baş katibinin müavini yousef aldobeayinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
“arhd.media”nın məlumatına görə, qonaqları salamlayan baş prokuror bildirib ki, müstəqil azərbaycan islam həmrəyliyinin gücləndirilməsi, islam ölkələri arasında elm, mədəniyyət, sosial, iqtisadi və digər müxtəlif sahələrdə əməkdaşlığın dəstəklənməsi missiyası daşıyan islam əməkdaşlıq təşkilatının fəaliyyətinə hər zaman mühüm töhfələr verib.
qeyd olunub ki, ümummilli lider heydər əliyev tərəfindən müəyyən edilmiş və prezident ilham əliyev tərəfindən uğurla davam etdirilən xarici siyasət kursunda islam dünyası ilə əməkdaşlığın inkişafı xüsusi yer tutur.
azərbaycanın təşəbbüsü ilə həyata keçirilən çoxsaylı beynəlxalq layihələr, ölkəmizdə təşkil olunan mötəbər tədbirlər və irəli sürülən təşəbbüslər islam həmrəyliyinin möhkəmlənməsinə, müsəlman ölkələri arasında qarşılıqlı etimad və əməkdaşlığın genişlənməsinə mühüm töhfələr verib.
vurğulanıb ki, islam əməkdaşlıq təşkilatı azərbaycanın ərazi bütövlüyünü daima dəstəkləyib.
qeyd edilib ki, dövlətimiz iət çərçivəsində islam dünyasının problemlərinə dair aparılan diskussiyalarda, qərar və qətnamələrin qəbul edilməsində qəti mövqe nümayiş etdirir, təşkilatın qarşısında duran vəzifələrin yerinə yetirilməsində təşəbbüskarlıq göstərir.
islam əməkdaşlıq təşkilatının fəal üzvlərindən biri olan ölkəmiz təşkilatın müxtəlif qurumları - icesco, islam inkişaf bankı, islam konfransı parlament ittifaqı, islam konfransı gənclər forumu və s. ilə də sıx əməkdaşlıq edir.
birinci vitse-prezident, isesco-nun xoşməramlı səfiri mehriban əliyeva islam ölkələri ərazilərindəki mədəni və tarixi dəyərlərin müdafiəsinə böyük töhfə verib. heydər əliyev fondunun vitse-prezidenti leyla əliyeva islam dünyası təhsil, elm və mədəniyyət təşkilatının (icesco) müxtəlif tədbirlərində aktiv iştirak edib.
bundan başqa, baş prokuror 27-28 oktyabr 2026-cı il tarixlərində islam əməkdaşlıq təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq mühafizə orqanları rəhbərlərinin bakı şəhərində keçiriləcək üçüncü yüksək səviyyəli görüşə hazırlıq işləri barədə məlumat verib.
ətraflı
islam əməkdaşlıq təşkilatının baş katibinin müavini yousef aldobeay səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib, islam əməkdaşlıq təşkilatının baş katibi hissein brahim tahanın salamını çatdırıb.
bildirib ki, azərbaycan islam əməkdaşlıq təşkilatına üzv dövlətlər arasında aktivliyi ilə fərqlənir, müsəlman ölkələrinin birliyinə, islam həmrəyliyinə mühüm töhfələr verir.
baş katibin müavini vurğulayıb ki, azərbaycan təşkilatın üzvləri sırasında ən fəal, təşəbbüskar və nüfuzlu dövlətlərdən biri kimi tanınır. ölkəmizin iət çərçivəsində irəli sürdüyü təşəbbüslər, təşkilatın məqsəd və prinsiplərinin təşviqi istiqamətində gördüyü işlər üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir.
qeyd olunub ki, islam əməkdaşlıq təşkilatı ermənistanın azərbaycana qarşı təcavüzü və keçmiş münaqişə dövründə ölkəmizin haqlı mövqeyini ardıcıl şəkildə dəstəkləyib, azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpasına yönəlmiş səylərinə daim dəstək verib.
baş katibin müavini vətən müharibəsi zamanı və sonrakı dövrdə iət-in azərbaycanın yanında olduğunu, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma proseslərinin təşkilat tərəfindən böyük maraq və rəğbətlə izlənildiyini bildirib. o, azərbaycanın regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində atdığı addımları yüksək qiymətləndirib.
yousef aldobeay həmçinin qeyd edib ki, islam əməkdaşlıq təşkilatı azərbaycanı etibarlı tərəfdaş və islam həmrəyliyinin gücləndirilməsi istiqamətində aparıcı üzv dövlətlərdən biri hesab edir. azərbaycanın təşkilatın fəaliyyətinə göstərdiyi davamlı dəstək yüksək qiymətləndirilir və iət də öz növbəsində ölkəmizlə əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır.
xüsusi vurğulanıb ki, iət-in 16-cı islam sammitinə 2027-ci ildə azərbaycan ev sahibliyi edəcəkdir.
baş katibin müavini əminliyini ifadə edib ki, prezident ilham əliyevin rəhbərliyi ilə azərbaycanın ev sahibliyi edəcəyi 16-cı islam sammiti təşkilatın tarixində mühüm hadisələrdən biri olacaq, üzv dövlətlər arasında həmrəyliyin daha da möhkəmlənməsinə, qarşılıqlı əməkdaşlığın inkişafına və islam dünyasının qarşısında duran aktual məsələlərin müzakirəsinə mühüm töhfə verəcəkdir.
nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.


























