bakı, 14 fevral, arhd.media
prezident ilham əliyev suriyanın keçid dövrü prezidentini təbrik edib
azərbaycan respublikasının prezidenti ilham əliyev suriya ərəb respublikasının keçid dövrü prezidentinin vəzifəsinin icrasına başlaması münasibətilə əhməd əl-şaraanı təbrik edib.
arhd.media xəbər verir ki, suriya xalqının rifahı naminə məsul fəaliyyətində əhməd əl-şaraaya uğurlar arzulayan dövlətimizin başçısı məktubunda, həmçinin qeyd edib: “biz azərbaycan ilə suriya arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə böyük önəm veririk. azərbaycan ölkənizin bu mühüm keçid dövründə lazımi dəstək və yardım göstərməyə hazırdır.
bu gün azərbaycan-suriya münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi və əməkdaşlığımızın yeni məzmunla zənginləşdirilməsi üçün yaxşı imkanlar yaranmışdır. bu xüsusda, fürsətdən istifadə edərək sizi azərbaycana səfərə dəvət edirəm”.
prezident ilham əliyev əhməd əl-şaraaya ən xoş arzularını çatdırıb, dost suriya xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıb.






















