Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinə əcnəbi könüllülərin cəlb edilməsi üçün əlavə mexanizmlərin hazırlanması ilə bağlı tapşırıq verib.  


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə o, hökumət üzvləri və hərbi komandanlıqla keçirilən müşavirənin yekunlarına dair “Telegram” kanalında etdiyi paylaşımında yazıb. 


“Ukraynada azadlığımız uğrunda döyüşən digər ölkələrdən olan bütün könüllülərə minnətdarlığımı bildirirəm. Mən Ukrayna ordusuna əcnəbi könüllülərin cəlb edilməsi üçün daha çox imkanların yaradılmasını tapşırdım. Bundan sonra rekruitinq üçün daha çox mexanizmlər olacaq”, - Ukrayna dövlət başçısı bildirib. 


Bundan əlavə, Zelenski hərbi qulluqçuların ödənişlərinin də artırılacağını bəyan edib. Onun sözlərinə görə, arxa cəbhədəki hərbçilər üçün minimum pul təminatı 30 min qrivna (təxminən 1140 AZN) təşkil etməlidir, ön cəbhədəki bölmələr üçün isə orta ödəniş 300 min qrivnaya (təxminən 11400 AZN) çatdırılmalıdır. 


Zelenski hazırda tətbiq olunan dəyişikliklərin artıq bu yay ərzində öz effektivliyini göstərəcəyinə ümidvar olduğunu bildirib. 

Baxış sayı: 3 167

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə