abş və iran arasında münaqişənin nizamlanması üzrə memorandum gələn həftənin əvvəlində imzalana bilər.
“arhd.media” xəbər verir ki, bu barədə “cbs news” telekanalı mənbələrə istinadən məlumat yayıb.
imzalanmanın fransada keçiriləcək “böyük yeddilik” (g7) sammitinin günlərində - 15-17 iyun tarixləri arasında baş tuta biləcəyi bildirilir. memorandumun imzalanması üçün mümkün yer kimi isveçrənin cenevrə şəhərinin nəzərdən keçirildiyi iddia olunur.
sammit isə fransanın alp dağlarının ətəyində yerləşən evian şəhərində keçiriləcək.
xatırladaq ki, daha əvvəl abş prezidenti donald tramp iranla müharibəyə son qoyduqlarını, nüvə silahı məsələsində razılığın əldə olunduğunu bəyan edib. iran tərəfi də anlaşma memorandumunun əsas bəndlərinin razılaşdırıldığını təsdiqləyib.























