iyunun 11-də baş nazir əli əsədovun rəhbərliyi ilə iqtisadi şuranın iclası keçirilib.


“arhd.media” xəbər verir ki, iclasın gündəliyində ələt azad iqtisadi zonasının fəaliyyətinin təşkili ilə bağlı görülmüş işlər, həlli vacib infrastruktur məsələləri, strateji baxış və inkişaf perspektivləri, eləcə də xidmət sektorunun iqtisadi artımda rolu və inkişaf potensialı, xidmət sektorunda müəyyən edilmiş prioritet istiqamətlər və təkliflər və digər cari məsələlər ətraflı müzakirə olunub.

ətraflı


gündəlikdə olan məsələlər üzrə prezidentin köməkçisi – azərbaycan respublikası prezidentinin administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri şahmar mövsümov, iqtisadiyyat naziri mikayıl cabbarovun təqdimatları dinlənilib. təqdim olunan məsələlərə dair iqtisadi şuranın üzvləri və ələt azad iqtisadi zonasının idarə heyətinin sədri valeh ələsgərov çıxış ediblər. 


iclasın yekununda iqtisadi şuranın üzvlərinin rəy və təkliflər nəzərə alınmaqla müvafiq qərarlar qəbul olunub və aidiyyəti qurumlara tapşırıqlar verilib. 

 

Baxış sayı: 3 025

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə