Dünən qəfil vəfat edən Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, “Milenium Konqres Turizm” şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev bu gün dəfn edilib.


“ARHD.MEDiA” xəbər verir ki, dəfn mərasimində ictimaiyyət nümayəndələri, mərhumun dostları və yaxınları iştirak edib.


Həmçinin məlum olub ki, hadisə ötən gün İsmayıllının Basqal qəsəbəsində baş verib. İyunun 8-i saat 12 radələrində Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Ruslan Gəray oğlu Quliyev qəsəbə ərazisində olarkən səhhəti qəfil pisləşib. O, xəstəxanaya çatdırılsa da, vəfat edib.

Baxış sayı: 3 318

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə