“iyunun 5-də azov dənizində dron hücumları nəticəsində zərər görmüş gəmilərin heyət üzvləri olan 19 nəfər azərbaycan vətəndaşı ölkəmizə yola salınıb və onların iyunun 9-da günorta radələrində ölkəmizə çatmaları gözlənilir”.
“arhd.media” xəbər verir ki, bu barədə xarici işlər nazirliyi (xin) məlumat yayıb.
bildirilib ki, bununla yanaşı, axtarış-xilasetmə tədbirləri nəticəsində 1969-cu il təvəllüdlü qismət əliyev və 1981-ci il təvəllüdlü fuad orucovun nəşləri tapılıb:
“müvafiq prosedurlar tamamlandıqdan sonra nəşi aşkarlanmış 4 vətəndaşımızın cənazələrinin və onları müşayiət edən yeysk şəhərində qalan 2 vətəndaşımızın yaxın günlərdə ölkəmizə yola salınması nəzərdə tutulur”.























