rusiya prezidenti vladimir putin və ermənistanın baş naziri nikol paşinyan arasında telefon danışığı olub.
“arhd.media” tass-a istinadən xəbər verir ki, bu barədə kremlin mətbuat xidməti məlumat yayıb.
“telefon danışığı zamanı ali avrasiya iqtisadi şurasının mayın 29-da astanada keçirilmiş iclasının yekunları müzakirə olunub”, - məlumatda deyilir.
putin söhbət zamanı ermənistan baş nazirini ad günü münasibətilə də təbrik edib.
qeyd edək ki, bu gün paşinyanın 51 yaşı tamam olur.























