rusiyanın ermənistandakı səfiri sergey kopırkin məsləhətləşmələr aparmaq üçün moskvaya çağırılıb.
“arhd.media” xəbər verir ki, bu barədə rusiya xarici işlər nazirliyinin yaydığı məlumatda bildirilir.
bildirilib ki, qərar ermənistan rəhbərliyinin avropa ittifaqı ilə yaxınlaşma istiqamətində atdığı addımlar fonunda qəbul edilib.
rusiya tərəfi hesab edir ki, bu siyasət avrasiya iqtisadi birliyi çərçivəsində əməkdaşlığa mənfi təsir göstərə bilər.
qeyd olunub ki, səfirin moskvaya çağırılması yaranmış vəziyyətlə bağlı məsləhətləşmələrin aparılması məqsədi daşıyır.





















