azərbaycan xarici işlər nazirliyi (xin) kvetta şəhərində qatarda törədilən terror aktı ilə əlaqədar pakistana başsağlığı verib.


“arhd.media” xəbər verir ki, bu barədə məlumat azərbaycan xin-in "x" sosial şəbəkə hesabında yayılıb.


"biz pakistanın kvetta şəhərində qatarı hədəf alan, günahsız insanların faciəvi şəkildə həlak olması və bir çoxlarının yaralanması ilə nəticələnən mənfur terror hücumunu qətiyyətlə pisləyirik.


qurbanların ailələrinə dərin hüznlə başsağlığı verir və bu çətin dövrdə qardaş pakistan xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik. bu cür terror aktlarına heç vaxt bəraət qazandırıla bilməz", - deyə xin-in paylaşımında bildirilib.

Baxış sayı: 3 726

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə