“azərbaycan rəhbərliyinə önəmli nazirlər görüşünə və ümumilikdə forumun təşkilinə görə təşəkkür edirəm”.
“arhd.media” xəbər verir ki, bunu bmt-nin məskunlaşma proqramının (un-habitat) icraçı direktoru anaklaudia rossbax yeni şəhərsalma proqramına dair nazirlər səviyyəsində görüşdə deyib.
“2026-cı il islahedici tədbirlər baxımından önəmlidir və bir sıra suallara cavab tapmaq üçün imkandır. bu illər ərzində irəliləyiş də qeydə alınıb. ölkələrin üçdə ikisi milli siyasətlərini qəbul ediblər”, - deyə rossbax vurğulayıb.
onun sözlərinə görə, mənzil sahəsində inkişaf etməkdə olan ölkələrdə evsizlik əsas problemdir. o burada daşqın və quraqlıq kimi iqlim məsələlərinin də rol oynadığını bildirib.
“bu iclas birinci onillik ərzində fəaliyyətləti təhlil etmək üçün əla fürsətdir”, - icraçı katib əlavə edib.























