birləşmiş ərəb əmirlikləri (bəə) hörmüz boğazından asılılığı azaltmaq üçün yeni neft kəmərini istismara verməyi planlaşdırır.
“arhd.media” xarici mətbuata istinadən xəbər verir ki, ölkə 2027-ci ilə qədər füceyra limanı üzərindən neft ixracını ikiqat artırmağı nəzərdə tutur.
bu məqsədlə, bəə prezidenti şeyx məhəmməd bin zayed al nəhyan adnoc şirkətinə “qərb-şərq boru kəməri” layihəsini sürətləndirməyi tapşırıb.
qeyd edək ki, hazırda körfəz ölkələrindən yalnız bəə və səudiyyə ərəbistanı hörmüz boğazından yan keçən boru kəmərlərinə malikdir. bəə-də fəaliyyət göstərən əbu-dabi xam neft boru kəməri gündəlik 1,8 milyon barelə qədər neft ötürə bilir. bu kəmər ölkəyə hörmüz boğazından keçmədən oman körfəzi üzərindən birbaşa ixrac imkanı yaradır.























