Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzinin nümayəndə heyəti ilə görüş keçirilib.


“ARHD.MEDiA” xəbər verir ki, konfederasiyanın sədri Sahib Məmmədov Azərbaycan və Türkmənistan arasında dostluq və əməkdaşlıq münasibətlərindən bəhs edib, dövlət başçılarının siyasi iradəsi nəticəsində ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb.


O bildirib ki, bu, ölkələrimizin həmkarlar ittifaqları arasında əlaqələrin inkişafı üçün geniş imkanlar yaradır. Son illərdə bu əlaqələr daha da genişlənib, qarşılıqlı səfərlər həyata keçirilib, fikir və təcrübə mübadiləsi aparılıb.


Görüşdə AHİK tərəfindən əmək hüquqlarının etibarlı müdafiəsi, üzvlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və innovativ yanaşmaların tətbiqi istiqamətində görülən işlər, yollayış sisteminin rəqəmsallaşdırılması, sanatoriya-kurort xidmətlərinin modernləşdirilməsi barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, bu təşəbbüslər həmkarlar ittifaqları sistemində səmərəliliyin artırılmasına xidmət edir.


Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzinin sədri Oğulcənnət Berdiliyeva ölkəsində həmkarlar ittifaqlarının fəaliyyətindən, əmək hüquqlarının qorunması və həmkarlar ittifaqları üzvlərinin sosial müdafiəsi sahəsində görülən işlərdən bəhs edib, Azərbaycan həmkarlar ittifaqları ilə əlaqələrin gücləndirilməsində maraqlı olduqlarını bildirib.


Görüşün yekununda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzi arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənəd iki qurum arasında əlaqələrin institusional əsasda inkişafını, birgə təşəbbüs və layihələrin dəstəklənməsini, eləcə də qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.


Səfər çərçivəsində Türkmənistan nümayəndə heyəti AHİK-in “Kurort” Turizm İnformasiya Mərkəzinin, Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinin fəaliyyəti ilə tanış olub. Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzinin nümayəndələri həmçinin “Günəşli” və “Abşeron” sağlamlıq mərkəzlərində, eləcə də “Miras” istirahət mərkəzində olub, burada göstərilən xidmətlər, müalicə-profilaktik prosedurlar, infrastruktur və istirahət imkanları ilə maraqlanıblar.

 

Baxış sayı: 3 615

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə