Slovakiya Baş naziri Robert Fitso ötən gün Rusiyaya səfərindən qayıdarkən cari ayda Moskvaya, İrəvana və Bavariyaya səfərlərinin yekunlarına dair xüsusi hökumət təyyarəsindən yaydığı videoda ölkəmiz, xüsusilə Azərbaycan Prezidenti İlham Əliyev haqqında danışıb. 


“ARHD.MEDiA” xəbər verir ki, bu zaman o, Azərbaycan dövlət başçısının Avropa Parlamenti ilə bağlı mövqeyini qeyd edərək bildirib:


“Yeri gəlmişkən, İrəvanda bu dəfə Azərbaycan Prezidentindən ölkə əleyhinə qəbul edilən müxtəlif bəyannamə və qətnamələrə görə Avropa Parlamentini sərt tənqid edən suveren xarici siyasət nümunəsinin şahidi oldum. Prezident Əliyev Avropa Parlamentinin yalan yaymaqdan, başqalarının işinə qarışmaqdansa, ilk növbədə Avropanın problemləri ilə məşğul olmalı olduğunu bildirərkən həqiqəti söylədi – bizim isə belə problemlərimiz kifayət qədər çoxdur. 


Mən də Slovakiyadan Avropa Parlamentinə eyni mesajı göndərirəm, xüsusilə onların son “şedevr” qərarı ilə bağlı — hansı ki, Avropa Komissiyasına Slovakiya üçün Avropa fondlarının dayandırılmasını tövsiyə etmişdi”.

Baxış sayı: 3 150

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə