bakı, 13 fevral, arhd.media
italiya ilə azərbaycan arasında işgüzar forumların təşkili nəzərdən keçirilib
ixracın və investisiyaların təşviqi agentliyində – azpromo-da ada universiteti və italiyanın luiss universitetinin nümayəndələri ilə görüş keçirilib.
azpromo-dan arhd.media-a bildirilib ki, görüşdə tərəflər arasında “made in azerbaijan” brendinin inkişafı və təhsil sahəsində strateji tərəfdaşlıq imkanları müzakirə olunub.
görüş zamanı azpromo-nun icraçı direktoru yusif abdullayev agentliyin əsas fəaliyyət istiqamətləri, reallaşdırdığı təşəbbüslər, eləcə də “made in azerbaijan” brendinin beynəlxalq bazarlarda tanıdılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. bununla yanaşı, ölkədə investorlar üçün yaradılmış əlverişli biznes mühiti və bu sahədə aparılan islahatlar diqqətə çatdırılıb.
luiss universitetinin nümayəndələri ali təhsil müəssisəsinin italiyanın biznes sektoruna bağlılığı, ixrac və investisiya sahəsindəki təcrübələri barədə danışıblar. görüşdə luiss universiteti ilə azpromo arasında potensial tərəfdaşlıq sahələrindən də bəhs edilib. bu müstəvidə agentlik tərəfindən həyata keçirilən "ixrac akademiyası" layihəsinin inkişaf etdirilməsi, azərbaycanlı sahibkarlar üçün xüsusi təlim proqramlarının hazırlanması və italiya ilə azərbaycan arasında işgüzar forumların təşkili məsələləri nəzərdən keçirilib.
görüşün sonunda tərəflər biznes və akademik sahədə əlaqələrin daha da genişləndirilməsi üçün praktiki addımlar atmağa razılaşıblar.























