Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak ediblər.


“ARHD.MEDiA” xəbər verir ki, dövlət başçısı və birinci xanım 360 şagird yerlik məktəb binasında və kənddə inşa edilmiş fərdi evlərdə yaradılmış şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər.


Prezident İlham Əliyev sakinlərə evlərin açarlarını təqdim edib.


Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar.


Daha sonra dövlət başçısı Cəbrayıl rayonunun Soltanlı kəndində “AzərEnerji” ASC-nin 330 kV-luq “Şəfəq” yarımstansiyasının açılışında iştirak edib.

 

Baxış sayı: 4 273

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə