“Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyanla Rusiya Xarici İşlər Nazirliyində söhbət sərt məcrada keçib”.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə Rusiyanın “Russia Today” (RT) kanalı adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.

Ətraflı


“Mayın 9-u ərəfəsində İrəvanda təşkil edilmiş anti-Rusiya yığıncağı və Zelenskinin Ermənistan paytaxtında bütün iştirakçıların susqun razılığı fonunda səsləndirdiyi birbaşa terror hədələri, Ermənistan rəhbərliyinin Moskvada üzərinə götürdüyü müttəfiqlik öhdəlikləri və dostluq təminatları ilə ziddiyyət təşkil edir”, - kanalın “Telegram” kanalında edilmiş paylaşımda deyilir.


Xatırladaq ki, ötən gün Ermənistanın Rusiyadakı səfiri Rusiya XİN-ə çağırılıb. Səfirə Ukrayna Prezidenti Volodimir Zelenskiyə Ermənistanda Rusiyaya qarşı terror təhdidləri etmək üçün platformanın yaradılmasının qəti şəkildə qəbuledilməz olduğu bildirilib.

Baxış sayı: 2 886

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə