Səudiyyə Ərəbistanı “Azadlıq layihəsi” əməliyyatını dəstəkləməkdən imtina edib, çünki Vaşinqton bu təşəbbüs barədə krallığa əvvəlcədən məlumat verməyib. 


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə “NBC News” telekanalı ABŞ administrasiyasının adları açıqlanmayan iki nümayəndəsinə istinadən məlumat yayıb.


Bildirilir ki, ABŞ Prezidenti Donald Trampın əməliyyatın başlanmasını “Truth Social” sosial şəbəkəsində elan etməsi Fars körfəzi ölkələri üçün gözlənilməz olub. Bu addımın Səudiyyə Ərəbistanı rəhbərliyini qəzəbləndirdiyi iddia olunur. Nəticədə Ər-Riyad ABŞ hərbçilərinin Şahzadə Sultan adına aviabazadan havaya qalxmasına icazə verməyəcəyini və öz hava məkanından istifadəni qadağan edəcəyini Vaşinqtonun diqqətinə çatdırıb. 


Nəşrin iddiasına görə, Trampın Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman əl-Səud ilə telefon danışığı da vəziyyəti dəyişə bilməyib və nəticədə ABŞ lideri əməliyyatı dayandırmaq məcburiyyətində qalıb.


Xatırladaq ki, hərbi münaqişə səbəbindən Hörmüz boğazında qalmış gəmilərin keçidini təmin etmək məqsədi daşıyan “Azadlıq layihəsi” əməliyyatına mayın 4-də start verilsə də, Donald Tramp bundan 1 gün sonra əməliyyatın müvəqqəti dayandırıldığını elan edib. 

Baxış sayı: 3 176

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə