azərbaycan respublikası səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında
azərbaycan respublikası prezidentinin sərəncamı
azərbaycan respublikası konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə azərbaycan respublikası səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:
“vətən uğrunda” medalı ilə
babayev azər ələddin oğlu – polkovnik
qasımov elnur əhməd oğlu – polkovnik
“hərbi xidmətlərə görə” medalı ilə
qayqiyev şamil mahama oğlu – mayor.
ilham əliyev
azərbaycan respublikasının prezidenti
bakı şəhəri, 13 fevral 2025-ci il






















