Türkiyə-Ermənistan sərhədinin açılması ilə bağlı konkret vaxt hələ məlum deyil.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç Ermənistan mətbuatına müsahibəsində bildirib.


“Ermənistanla sərhədin açılmasının konkret vaxtı müzakirə edilməyib. Əldə etdiyimiz razılığa əsasən, sərhəd münasib vaxt gəldikdə və bütün formal məsələlər öz həllini tapdıqda açılacaq. Tikinti işləri demək olar ki, tamamlanıb, lakin həll edilməli olan məsələlər hələ qalmaqdadır”, - Kılıç qeyd edib.


Onun sözlərinə görə, sərhədin açılması üçün siyasi maneələr yoxdur, proses texniki və bürokratik səbəblərdən ləngiyir. Serdar Kılıç söhbətin personalın təyin edilməsi, internet rabitəsinin qurulması və digər təşkilati məsələlərdən getdiyini əlavə edib.  

Baxış sayı: 3 442

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə