ermənistanın baş naziri nikol paşinyan avropa siyasi birliyinin 2028-ci ildə azərbaycanda keçiriləcək sammitində iştirak etmək üçün ölkəyə səfər etmək istəyir.
“arhd.media” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə paşinyan irəvanda avropa siyasi birliyinin 8-ci sammitinin açılış mərasimində danışıb.
“ümid edirəm ki, 2028-ci ildə avropa siyasi birliyinin 10-cu sammiti orada keçiriləcəyi zaman azərbaycana səfər etmək imkanım olacaq”, - paşinyan bildirib.






















