Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin bu ölkəyə səfərini “tarixi hadisə” adlandırıb. 


“ARHD.MEDiA” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Baş nazir Ermənistan hökumətinin iclasından sonra keçirilən mətbuat konfransında bildirib.


“Hesab edirəm ki, çox mühüm hadisə baş verib, iki ölkənin baş nazir müavinlərinin səfərlərini sülh prosesi və onun institusionallaşması baxımından tarixi hadisə kimi qiymətləndirirəm. Şadam ki, biz bu mərhələyə çatmışıq”, - Paşinyan deyib.


Xatırladaq ki, ötən gün Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Ağverəndə Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının, həmçinin Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on üçüncü iclasında iştirak etmək üçün bu ölkəyə səfər edib.

Baxış sayı: 3 277

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə