ABŞ Hərb Nazirliyi (Pentaqon) Konqres tərəfindən təsdiqlənən, lakin əvvəllər dondurulan 400 milyon dolları Ukraynaya verəcək.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə "The Hill" nəşri məlumat yayıb. Bildirilib ki, ABŞ-nin hərb naziri Pit Heqset bu barədə Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsindəki dinləmələr zamanı açıqlama verib.


"Nazirlik Avropa potensialının artırılması məqsədilə 400 milyon dollar vəsaitin ayrıldığını təsdiqləyir və ötən gün həmin məbləğ təmin edilib", - deyə P.Heqset qeyd edib.


Pentaqonun maliyyə nəzarətçisi Jül Herst həmçinin diqqətə çatdırıb ki, həmin vəsaitin rəsmi Kiyev tərəfindən istifadə edilməsi Ukraynanın məhz hansı hərbi avadanlıqları əldə etmək istəməsindən asılı olacaq.

Baxış sayı: 3 444

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə