Bəhreyn hakimiyyəti İranın ölkəyə hücumlarını açıq şəkildə dəstəkləyən, həmçinin xarici strukturlarla əlaqədə ittiham olunan 69 nəfərin vətəndaşlığını ləğv edib.


“ARHD.MEDiA” xarici mətbuata istinadən xəbər verir ki, qərar kral Həməd bin İsa Əl Xəlifənin göstərişi ilə “Vətəndaşlıq haqqında” Qanun əsasında qəbul edilib.


Bu qanun krallığın maraqlarına zərər vuran hərəkətlərə və ya ölkəyə sadiqlik vədinin pozulmasına görə vətəndaşlıqdan məhrum etməyi nəzərdə tutur.


Siyahısı açıqlanmış 69 nəfərin hamısının Bəhreyndən kənarda anadan olduğu bildirilir. 


Bundan başqa, səlahiyyətli orqanların kimin Bəhreyn vətəndaşlığına layiq olub-olmadığının yoxlanılmasını davam etdirdiyi bildirilir. 

Baxış sayı: 3 269

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə