“Orta Şərqdəki münaqişə NATO tərəfindən Rusiya ilə açıq qarşıdurmaya hazırlıq üçün istifadə oluna bilər”.


“ARHD.MEDiA” TASS-a istinadən xəbər verir ki, bu barədə “Axmat” xüsusi təyinatlı dəstəsinin komandiri general-mayor Apti Alaudinov bildirib.


Onun sözlərinə görə, ABŞ, İsrail və İran arasındakı gərginlik Qərbin diqqətini çəkib.


Eyni zamanda, Alaudinov qeyd edib ki, “ABŞ və NATO blokunun bir-birindən uzaqlaşması” görüntüsü yaransa da, bu, yalnız zahiri xarakter daşıyır.


General, həmçinin deyib ki, NATO gələcəkdə Rusiya ilə açıq müharibəyə girə bilər.


Onun fikrincə, Avropa ölkələri də artıq Ukraynanın bu müharibəni qazana bilməyəcəyini görür və Rusiya ilə qarşıdurmaya hazırlaşdıqlarını açıq deməyə başlayıblar.


Alaudinov ölkənin təhlükəsizliyi yalnız qalib gəldiyi halda təmin oluna biləcəyini əlavə edib.

Baxış sayı: 2 973

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə