bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
“arhd.media” xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
ilkin məlumata əsasən, bu gün saat 12:10 radələrində “ulduz-nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.
təhlükəsizlik məqsədilə “ulduz” və “nərimanov” stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. bu səbəbdən qatarların “nərimanov-əhmədli” istiqamətində hərəkəti məhdudlaşdırılıb.
hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür.
***
qurumun yaydığı növbəti məlumata görə, “qara qarayev-nərimanov” mənzilində tuneldə qalan qatarlardan sərnişinlərin evakuasiyası təhlükəsiz şəkildə həyata keçirilib.
bildirilib ki, texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.























