“Belçika və Niderland parlamentlərarası dostluq qruplarının üzvüyəm. Biz onlardan hər zaman eyni münasibət görürük. Qətnamələr də yekdilliklə qəbul olunub və bizə olan qərəzli münasibət var”.


“ARHD.AZ” xəbər verir ki, bunu deputat Erkin Qədirli Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.


“Bunun daha dərin qatları var. Mən üzdə olan səbəblərə baxmaq istəyirəm. Azərbaycanda barələrində qanun qüvvəyə minmiş olmasa da, 1-ci instansiyanın qərarı olan erməni fərdləri gah siyasi məhbus, gah müharibə əsiri adlandırırlar, sonuncu qətnamədə isə bir yerdə girov, digər hissədə müharibə əsiri adlandırıblar. 


Buna baxanda ilk təsəvvür belə olur ki, bu deputatlarda hüquqi savadsızlıq var. Çünki bu anlayışlar ayrıdır. Onlar konkret maddə cinayətləri törətmiş şəxslərdir. İkincisi, ərazi bütövlüyü və suverenlik məsələsidir ki, biz heç zaman görməmişik Azərbaycanın ərazisi işğal olunanda bu istiqamətdə onlar məhz bizim ərazi bütövlüyümüzü müdafiə etsinlər. 


Digər məsələ - mədəni irs məsələsinə toxunublar. 1954-cü il Konvensiyasını xatırlatmaq istərdim. Mədəni mülkiyyət məsələsində əsas prinsip ərazidir, etnik, dini məsələlər deyil. Azərbaycan ərazisində olan və dövlət tərəfindən qorunan bütün mədəni obyektlər Azərbaycanın mülkiyyətidir, həmçinin Bakıdakı erməni kilsəsi də. Bu, ermənilərin mədəni irsi deyil, Azərbaycanın mədəni mülkiyyətidir”.


Sədr Sahibə Qafarova isə deputatın fikirlərinə münasibət bildirib: “Bu günlərdə siz İrlandiya dostluq qrupunun üzvləri ilə görüşəcəksiniz. Bu çıxışınızı onlara da çatdırın. Çünki onlar belə şeyləri mütləq bilməlidir. Mən də görüşlərdə bunu deyəcəyəm. Amma xahiş edirəm ki, siz də bunu həm hüquqşünas, həm də millət vəkili kimi onlara deyin”.

Baxış sayı: 2 772

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə