Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub.


“ARHD.AZ” xəbər verir ki, Cəbrayıl Eldar oğlu Xanlarov və daxili xidmət general-mayoru Yusif Mahmud oğlu Nəbiyev fövqəladə hallar nazirinin müavinləri təyin ediliblər.


Qeyd edək ki, Cəbrayıl Eldar oğlu Xanlarov 1972-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, iqtisad elmləri namizədidir.


Yusif Mahmud oğlu Nəbiyev isə 1982-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetini bitirib, hüquq üzrə fəlsəfə doktorudur.

Baxış sayı: 3 020

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə