milli məclis 5 sənədi ratifikasiya edəcək.
“arhd.media” xəbər verir ki, bu barədə qanun layihələri milli məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilib.
sözügedən qanun layihələri aşağıdakılardır:
- “azərbaycan respublikası hökuməti ilə efiopiya federativ demokratik respublikası hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş”in təsdiq edilməsi barədə;
- “mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli konvensiyaya dəyişikliklərin edilməsi barədə protokol”un təsdiq edilməsi barədə;
- “mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il 7 oktyabr tarixli konvensiyaya dəyişikliklərin edilməsi barədə protokol”un təsdiq edilməsi haqqında;
- “məhkəmə aktlarının, digər səlahiyyətli orqanların və vəzifəli şəxslərin aktlarının məcburi icrası həyata keçirilərkən məlumat mübadiləsi üzrə əməkdaşlıq haqqında saziş”in təsdiq edilməsi barədə;
- “azərbaycan respublikası hökuməti ilə iqtisadi əməkdaşlıq təşkilatının təmiz enerji mərkəzi arasında ev sahibi ölkə sazişi”nin təsdiq edilməsi haqqında qanun layihəsi.























