intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri fasiləsiz olaraq davam etdirilir.
“arhd.media” xəbər verir ki, bununla bağlı fövqəladə hallar nazirliyi (fhn) məlumat yayıb.
bildirilib ki, fhn-in qüvvələri tərəfindən bakı şəhərinin nizami, sabunçu, xəzər rayonlarında, sumqayıt şəhəri, abşeron və xaçmaz rayonları ərazisində müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri, o cümlədən suçəkmə və köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi tədbirləri həyata keçirilir.























