azərbaycan prezidenti ilham əliyev və iran islam respublikasının prezidenti məsud pezeşkian arasında baş tutmuş telefon danışıqlarına əsasən qonşu və dost iran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə bu gün irana növbəti humanitar yardım yola salınır.
“arhd.media” “report”a istinadən xəbər verir ki, irana göndərilən humanitar yardıma ümumi həcmi 200 ton olan müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxildir.
bunun 190 tonu ərzaq və qida məhsulları, 7 tonu dərman vasitələri, 3 tonu isə tibbi ləvazimatlardır.
humanitar yardım 10 yük avtomobili vasitəsilə göndərilir.























