“4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günündə Azərbaycan minaların ağır humanitar təsirinin aradan qaldırılmasına sadiqliyini bir daha təsdiq edir”.


“ARHD.AZ” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkəsindəki hesabında paylaşılan bəyanatda deyilir.


“Azərbaycanda minalar və partlamamış hərbi sursatlar insan həyatı üçün ciddi təhlükə yaratmağa, yenidənqurmanı əngəlləməyə və məcburi köçkünlərin təhlükəsiz qayıdışına mane olmağa davam edir.


Azərbaycan mina çirklənməsindən ən çox zərər çəkmiş ölkələr sırasında qalmaqda davam edir.


Biz beynəlxalq ictimaiyyəti humanitar minatəmizləmə səylərinə və zərərçəkənlərə yardım göstərilməsinə dəstəyi gücləndirməyə çağırırq.


Minalardan azad gələcək dayanıqlı sülh, inkişaf və insan təhlükəsizliyi üçün vacib əhəmiyyət kəsb edir”, - XİN bəyan edib. 

Baxış sayı: 3 176

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə