Belçikanın Baş nazirinin müavini, xarici işlər, Avropa işləri və inkişaf sahəsində əməkdaşlıq naziri Maksim Prevo Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.


“ARHD.AZ” xəbər verir ki, bu barədə XİN məlumat yayıb.


Bildirilib ki, telefon danışığı zamanı, Yaxın Şərqdə cari təhlükəsizlik vəziyyəti, Azərbaycan və Belçika arasında ikitərəfli münasibətlər, habelə Avropa İttifaqı çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.


“Nazirlər Yaxın Şərqdə mövcud hərbi eskalasiyadan dərin narahatlıqlarını ifadə edib, münaqişənin diplomatik yolla həllinin vacibliyini vurğulayıblar. Belçika naziri bununla yanaşı, İran ərazisindən Naxçıvan istiqamətinə dron hücumu ilə əlaqədar ölkəmizlə həmrəyliyini ifadə edib. Eyni zamanda, Belçika vətəndaşlarının İrandan təxliyəsinin təmin olunmasına yaradılmış şəraitə görə ölkəmizə təşəkkür bildirilib.


Nazirlər o cümlədən, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ətrafında fikir mübadiləsi aparıblar. Nazir Ceyhun Bayramov qarşı tərəfi bölgədə davamlı sülh və sabitliyin təmin edilməsi istiqamətində görülən tədbirlər barədə məlumatlandırıb.


Tərəflər Azərbaycanla Belçika arasında qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün konstruktiv dialoqun və siyasi məsləhətləşmələr kimi mövcud mexanizmlərin, qarşılıqlı səfərlərin və yüksək səviyyəli təmasların əhəmiyyətini vurğulayıblar”, - deyə məlumatda qeyd edilib.

Baxış sayı: 2 665

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə