Bu gün Azərbaycan Prezident Administrasiyasının və Medianın İnkişafı Agentliyinin nümayəndələri Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin Dezinformasiya ilə Mübarizə Mərkəzini ziyarət edib.


“ARHD.AZ”ın xəbərinə görə, ziyarət zamanı Dezinformasiya ilə Mübarizə Mərkəzinin koordinatoru Deniz Demir tərəfindən Mərkəzin fəaliyyət istiqamətləri, institusional strukturu, habelə dezinformasiya ilə mübarizə sahəsində həyata keçirilən layihələr və tətbiq olunan yanaşmalar barədə ətraflı məlumat verilib.


Bildirilib ki, Mərkəz müasir informasiya mühitində saxta və manipulyativ məzmunların operativ şəkildə aşkarlanması, təhlili və qarşısının alınması istiqamətində sistemli fəaliyyət həyata keçirir.


Daha sonra keçirilən ikitərəfli görüşdə tərəflər dezinformasiya ilə mübarizə sahəsində mövcud çağırışlar, bu istiqamətdə beynəlxalq təcrübə və effektiv mexanizmlər ətrafında fikir mübadiləsi aparıblar.


Görüş çərçivəsində informasiya təhlükəsizliyinin təmin edilməsi, rəqəmsal mediada etibarlı məlumat mühitinin formalaşdırılması, habelə analitik təhlil imkanlarının gücləndirilməsi məsələləri müzakirə olunub.

Baxış sayı: 2 688

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə